Hərənin öz düşüncəsi, hərənin öz tərbiyəsi ...

Hərənin öz düşüncəsi, hərənin öz tərbiyəsi ...

Allah Üzeyir Hacıbəyovu min rəhmət etsin. Hələ yüz il bundan əvvəl Məşədi İbadın dili ilə hərzə-hədyan danışan nadanlara üzünü tutub demişdi: "O qədər qəliz danışırsan, "Tarix Nadiri" yarıyacan oxusam da, səni başa düşmürəm, görəsən bu binəvalar necə başa düşsün".

SİA-ya verilən məlumata görə, tia.az saytı bu gün yenidən Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin ünvanına heç bir əxlaqa sığmayan böhtan, iftira dolu yalan informasiyalar yayıb.

Əvvələn, Lənkəran şəhərində bütün ictimai binaların daxilində və həyətlərində vətəndaşlar tərəfindən maneəsiz istifadə olunan kifayət qədər sanitariya qovşaqları mövcuddur. O cümlədən saytda adı çəkilən ərazidə və şəhərin müxtəlif yerlərində Lənkəran Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin bir neçə sanitariya qovşağı pulsuz fəaliyyət göstərir. Ümumiyətlə rayon ərazisində pullu xidmət göstərən ictimai ayaqyolu yoxdur. Bunu da Lənkəranda hamı bilir. Bəs görəsən problem nədədir? Yəqin, problem yenə də, hansısa nadan ya da cahilin həqiqəti qəlizləşdirib saxta sensasiya yaratmaq üçün indi də ayaqyolu mövzusuna baş vurmasındadır.

BİABIRÇILIQDIR.

Görəsən bu saytın başbilənləri bu əxlaqdan kənar söhbətlə hansı imici qazanmaq istəyirlər? Başa düşmək olmur. "Tarix Nadiri" yarıyacan...

Daha sonra yazılır ki, Telekommunikasiya qovşağının binasının aşağısında guya "çornıy xod" bağlatdırılıb, Heydər Əliyevin büstünün ətrafı iaşə obyekti kimi istifadə olunur. Bu ağ yalandır. Telekommunukasiya və mərkəzi poçtamtın yerləşdiyi binada aidiyyəti qurum tərəfindən əsaslı təmir-bərpa işləri aparılandan sonra poçt xitməti tamamilə binanın əks tərəfinə köçdüyündən əvvəllər telefon danışıq məntəqəsi və internet yerləşən otağa sonradan açılmış qapı bağlanmışdır. Hazırda sözügüdən binaya yanğın təhlükəsizliyi və digər məsələlər nəzərə alınmaqla 3 tərəfdən rahat giriş var. Binanın həmin hissəsində heç vaxtı Ulu Öndər Heydər Əliyevin büstü olmayıb. Bina ilə yanaşı duran ictimai iaşə obyeki isə indiki İcra başçısından çox-çox əvvəl 2008-ci ildə tikilib. Hazırda orada çay, yemək və süfrə sularından başqa heç bir spirtli içki satılmır.

O ki, qaldı kiminsə İcra basçısının "sağ" və ya "sol" əli olmasına, o da xəstə təxəyyüldən başqa bir şey deyil. Çünki Taleh Qaraşovun Lənkəran şəhərində və əvvəl işlədiyi yerlərdəki şəffaf fəaliyyəti sakinlərə çoxdan bəllidir. İcra başçısı sağlam düşüncəli insanlarla, onun fəaliyyətini ürəkdən bəyənən fədakar lənkəranlılarla birgə işləyərək Lənkəranın inkişafına, burada yaşayan insanların rifahına xidmət edir. Bunu nadanlar heç vaxtı başa düşməzlər.

Çünki hərənin öz düşüncəsi, hərənin öz tərbiyəsi...

Bütün xəbərlər Facebook səhifəmizdə