Hüseynqulu Bağırov Şirvanda vətəndaşları qəbul edib. SİA-nın aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Şirvan şəhərində əvvəldən elan olunduğu kimi Salyan, Sabirabad, Saatlı, Hacıqabul rayonundan və Şirvan şəhərindən olan 50 nəfərə yaxın vətəndaşı qəbul edib.
Vətəndaşların müraciətləri müxtəlif səpkili olub və nazir qaldırılan məsələlər barəsində yerindəcə göstərişlər verib. Qəbula gələn vətəndaşlar sərbəst şəkildə növbə ilə nazirin qəbuluna daxil olublar. Qəbula daxil olmaq üçün heç bir məhdudiyyət qoyulmayıb. Görüş vətəndaşları qane edən səviyyədə təşkil olunub.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB