BAMF Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansına üzv qəbul edilib

BAMF Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansına üzv qəbul edilib

"Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansına (ANPED) üzv qəbul edilib". SİA-ya verilən məlumata görə, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu açıqlama verib.

Umud Rəhimoğlu bildirib ki, BMT-nin İqtisadi-Sosial Şurasının, ABŞ Dövlət Departamenti Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, Beynəlxalq Mətbuat İnstitutunun üzvü olan BAMF ANPED-lə əməkdaşlığa da böyük üstünlük verir: "Bu qurum vətəndaş cəmiyyəti təşkilatlarının potensialının artırılması istiqamətində güclü strategiyaya və aydın platformaya malikdir. ANPED-in səmərəli əlaqələndirici fəaliyyəti, müxtəlif debatların təşkili və bu debatlarda iştirakın yeni formalarının tətbiqi sahəsində fərqli metodologiyası var. İnanıram ki, BAMF-ın bu mötəbər qurumla əməkdaşlığından Azərbaycanda, eləcə də post-sovet məkanında fəaliyyət göstərən vətəndaş cəmiyyətləri faydalanacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə