Prezidenti İlham Əliyevin “10 ilin dövlət adamı”seçilməsi gənclərə qürur verir

Prezidenti İlham Əliyevin “10 ilin dövlət adamı”seçilməsi gənclərə qürur verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilib. Bu barədə "Ekovitrin"də verilmiş geniş yazıda jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondentin iştirak etdiyi bildirilib. Bu seçim cənab Prezidentin türk dünyası üçün gərəkli olan siyasi fəaliyyəti, siyasi qətiyyətindən heç bir zaman geri durmamasından irəli gələrək edilib. SİA-ya verilən məlumata görə, bu barədə fikirlərini açıqlayan "Gələcəyə Baxış" İctimai Hərəkatın həmsədri Aqil Acalov bildirib ki, bu olduqca sevindirici və gözlənilən bir xəbərdir: "Qeyd edim ki, ayrı-ayrılıqda Türkiyə, Qazaxıstan, Kipr, Qırğızıstan və Türkmənistan gəncliyi İlham Əliyevi lider kimi 1-ci yerdə görürlər. Bu seçimə səbəb isə bu gün Azərbaycanın nüfuzu regionda və beynəlxalq aləmdə gücləndikcə, ölkəmiz beynəlxalq iqtisadi və siyasi strateji tədbirlərin iştirakçısı olmaqla yanaşı, həm də belə konfrans və layihələrin ev sahibinə çevrilməsidir. Odur ki, Azərbaycan Qərb ölkələri ilə yanaşı, türk dövlətləri arasında ictimai-siyasi münasibətlərin inkişafında maraqlıdır. Türkdilli ölkələrin dövlət başçılarının ənənə halını almış zirvə görüşləri türk dünyasının gələcəyi üçün mühüm məna daşıyır. "Biz bir-birimizi daim dəstəkləməliyik. Hər bir türkdilli ölkənin problemi digərlərinin probleminə çevrilməlidir", söyləyən cənab Prezident İlham Əliyev hər bir iqtisadi əməkdaşlığın siyasi proseslərin sürətləndirilməsinə imkan yaranması üçün ilk addımı da atan olub. Siyasi, iqtisadi sahədə birlik nümayiş etdirən türk dövlətlərinin mədəni, humanitar sahədə əməkdaşlığı gücləndikcə ortaq maraqları birləşdirmək imkanları da genişlənir. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşləri, diaspor təşkilat başçılarının iştirakı ilə keçirilən forumlarda səslənən "dildə, fikirdə, əməldə birlik" şüarlarının əməli fəaliyyətdə özünü doğrultması da Ümummilli lider Heydər Əliyev kimi türkçü ideoloqların varislik irsinə sədaqətdən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə