Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyanı elan edir. Bakcell şirkəti Samsung Electronics şirkətinin Azərbaycandakı rəsmi distribyutoru Baku Electronics ilə birgə bütün CİN abunəçilərinə xüsusi şərtlərlə ən yeni Samsung telefonlarını almaq imkanını təklif edir.
May ayının 15-dən etibarən Baku Electronics mağazalarından aşağıda qeyd olunan Samsung Smartfonlarından birini əldə edən bütün cari və yeni CİN abunəçiləri 1 il ərzində PULSUZ Zəng, SMS, MMS və İnternetdən yararlanacaqlar:
* Samsung-I9500
* Samsung-I9082
* Samsung-I9100
* Samsung-I9300
* Samsung-N7100
* Samsung-I8190
250 şəbəkədaxili dəqiqə/250 SMS/250 MMS -dən ibarət olan aylıq bonus paketi şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə oluna bilər. Aylıq bonus paketini almaq üçün balansa hər ay ən azı 15 AZN yüklənməlidir. Bundan əlavə, Bakcell abunəçiləri hər ay 250 Mb İnternet trafiki hədiyyə olaraq əldə edəcəklər.
Bu misilsiz təklifdən Baku Electronics-dan kampaniyada iştirak edən Samsung Smartfonlarından birini əldə edən bütün CİN abunəçiləri yararlana bilər.
^^^
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, cid:[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB