Sabah hava necə olacaq?

"Mayın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək". Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova SİA-ya açıqlamasında belə deyib. O bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti olacaq.

"Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir" -deyə Gürşad Məmmədova əlavə edib.

Qeyd edək ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə