Şərqşünas alim Gelibolu simpoziumunda iştirak edib

Şərqşünas alim Gelibolu simpoziumunda iştirak edib

AMEA-nın akademiki Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov Çanakkala On səkkiz mart Universiteti və Çanakkala valiliyi tərəfindən 9-10 may 2013 tarixlərində Çanakkala şəhərində keçirilən Beynəlxalq Gelibolu simpoziumunda iştirak edib. SİA-nın məlumatına görə, Cavid Qasımov simpoziumda "Azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvaninin "Səyahətnamə"sində Gelibolu ilə bağlı məlumatlar" mövzusunda məruzə ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə