Fahişələrə "LinkedIn" işgüzar sosial şəbəkəsindən istifadə etmək qadağan olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dəyişiklərə əsasən fahişəliklə bağlı hər hansı xidmətlər təklif edən profillər yaratmaq mümkün olmayacaq. Bu, hətta fahişəliyin leqallaşdırıldığı ölkələrdə də qadağan olunacaq.
Qeyd edək ki, Niderland, Avstriya, Almaniya, İsveçrə, Yunanıstan, Latviya, Yeni Zelandiyada, o cümlədən İtaliya, Fransa, Polşa, Bolqarıstan, Estoniya, Hindistan, Kanada kimi ölkələrdə pul qarşılığında seksual xidmətlərə icazə verilir. Amma seksual xidmətlərin təklifi ilə bağlı reklamlar qadağandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB