Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçiriləcək. SİA-ya verilən məlumata görə, iclasda "Zəlzələlərin zaman dinamikasının klasterlərə ayrılması: Abşeron-Balxanyanı zonasına tətbiq" adlı məruzə dinləniləcək. Məruzəçilər İtaliyanın Milli Elm Şurasının (CNR) Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun professoru Luçiano Teleska, AMEA Yer elmləri bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və Geologiya İnstitutunun dosenti, geologiya-mineralogiya elmləri namizədi Qulam Babayevdir. Alimlər zəlzələləri zamana görə qruplaşdıraraq apardıqları tədqiqatların nəticələrindən danışacaqlar.
Qeyd edək ki, tədbirə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi, BP Azərbaycan, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Dövlət Universiteti, Respublika Seysmoloji Xidmət Mərkəzi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən mütəxəssislər dəvət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB