Milli Məclisdən REKORD

Milli Məclisin bugünkü plenar iclası 4 saat 15 dəqiqə çəkib. SİA-nın xəbərinə görə, adətən 4 saat sürən iclas (ortada 2 saat fasilə ilə) bu gün həmişəkindən uzun olmaqla yanaşı, həm də fasiləsiz davam etməsi ilə diqqət çəkib. Beləliklə, Milli Məclisin deputatları, həmçinin MM-in işini işıqlandıran jurnalistlər dayanmadan 4 saat 15 dəqiqə çalışıblar ki, bunu da son illərin rekordu saymaq olar.

İclasın sonunda MM sədrinin birinci müavini Ziyafət Əsgərov elan edib ki, parlamentin növbəti iclası mayın 21-də keçiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə