Bu gün Almaniya-Azərbaycan maliyyə əməkdaşlığı çərçivəsində "Gəncə şəhərində bərk məişət tullantılarının idarə edilməsi" layihəsi çərçivəsində növbəti görüş keçirilib. Almaniya İnkişaf Bankının qiymətləndirmə missiyasının nümayəndələri Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi ilə görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə texniki-iqtisadi araşdırılması başa çatan və baza konsepsiyası hazırlanan layihə barədə ətraflı fikir mübadiləsi aparılıb. Tədbirdə qeyd olunub ki, qiymətləndirmə başa çatdıqdan sonra layihənin maliyələşməsinə qrantlar ayrılacaq. Qərara alınıb ki, işlər mərhələli şəkildə aparılısın. Gəncənin ekoloji təmizliyinə xidmət edən layihənin bərk məişət tullantılarının yığımı və bu çərçivədə şəhər kənarında yerləşən məişət tullantıları poliqonuna köçürülməsi nəzərdə tutulur.
İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB