Səudiyyə Ərəbistanın tələbələri ATGTİ-də olublar FOTO

Səudiyyə Ərəbistanın tələbələri ATGTİ-də olublar FOTO

Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanın tələbələrdən ibarət nümayəndə heyəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) olublar. Qurumdan SİA-ya verilən məlumata görə, qonaqları ATGTİ-nin strukturu ilə tanış edən ittifaqın sədri Şahin İsmayilov onlara təşkilatın "Liderlik Məktəbi", "Yaşayan Tarix", "Univision", "Gəzən Kitabxana" və s. irimiqyaslı layihələri haqqda məlumat verib. Görüşdə ərəbistanlı tələbələrə ATGTİ-nin ingilis dilli bukletləri də paylanılıb.

Daha sonra Səudiyyə Ərəbistanın nümayəndələri çıxış edərək, öz ölkələrindəki tələbə özünüidarəetmə strukturları haqqında danışıblar. ATGTİ-nin fəaliyyətini yüksək qiymətləndirən qonaqlar, iki ölkə tələbə təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.

Görüşün sonunda qonaqlara ATGTİ-nin video təqdimatı nümayiş olunub, birlikdə xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə