Milli Məclisin bugünkü iclasında çıxış edən Sabir Rüstəmxanlı Azərbaycanı Cənubi Azərbaycanla bağlı problemlərə diqqət yetirməyə çağırıb. SİA-nın məlumatına görə, o çıxışı zamanı bildirib ki, Cənubi azərbaycanlıların problemləri dövlət səviyyəsində müzakirə olunmalı və reaksiya verilməlidir.
O, Azərbaycanın dövlət xətti ilə Güney Azərbaycandan tələbələri ali məktəbə çağırmamasına narazılıq edib. Bundan başqa, o, Güney Azərbaycan məsələsini prioritet məsələ kimi daim gündəmdə saxlamağa çağırıb. Sabir Rüstəmxanlının bu çıxışı spiker Oqtay Əsədov tərəfindən narazılıqla qarşılanıb.
Oqtay Əsədov bildirib ki, Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin sədri olduğundan, belə çıxışlar etmək onun borcudur: "DAK sədri kimi belə çıxışlar etmək sizin borcunuzdur. Amma ölkəmizi burada zəif dövlət kimi göstərmək qəti düzgün deyil. Azərbaycan özünün ilk mübarizəsini hələ ki, başa çatdırmayıb. Biz 15 istiqamətdə mübarizə aparmalıyıq".
O, millət vəkilini populist çıxışlar etməkdə günahlandırb: "Siz populist çıxışlar etməyə öyrəşmisiniz, dövlətimizi zəif göstərmək cəhdləri yolverilməzdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB