Ötən həftə Türkiyənin İzmir şəhərində "Bir Dünya Tələbə" sloqanı altında beynəlxalq tələbə sərgisinin açılışı keçirilib. Beynəlxalq tələbə sərgisi çərçivəsində ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu ) üzvləri Azərbaycanla bağlı yaradılmış stendin təşkilati işlərini öz üzərlərinə götürüblər. ASAIF-dən SİA-ya verilən məlumata görə, sərginin açılışını Türkiyənin Baş Nazirinin müavini Bəkir Bozdağ edib.
ASAIF-çilər sərgidə aktiv şəkildə iştirak edərək Azərbaycan stendinə gələn ziyarətçilərə Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı ətraflı məlumat veriblər. Tədbirdə qonaqlara Azərbaycan haqqında müxtəlif materiallar paylanıb.
50-dən artıq ölkədən tələbənin qatıldığı sərgidə, iştirak etməkdə əsas məqsəd, Azərbaycan mədəniyyətini, tarixini və incəsənətini təmsil etmək, bununla yanaşı Azərbaycan həqiqətlərini həm yerli, həm də xarici tələbələrə çatdırmaq idi.
Baş nazirin müavini Bəkir Bozdağ Azərbaycan stendinə gələrək tələbələrlə görüşüb və Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu deyərək, Ümummilli lider Heydər Əliyevin `"Bir millət, iki dövlət" kəlamını səsləndirib.
Qeyd edək ki, 2 gün keçiriləcək sərgiyə 100 min ziyarətçinin qatılacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB