“Gəlin bir birimizlə tanış olaq” TƏDBİR - FOTO

Gəncədə beynəlxalq layihənin rəsmi açılış mərasimi keçirildi
“Gəlin bir birimizlə tanış olaq” TƏDBİR - FOTO

Gəncə şəhərində 6 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, İtaliya və İspaniya) təmsilçiliyi ilə "Gəlin bir birimizlə tanış olaq" adlı beynəlxalq layihə öz işinə başlamışdır.

Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyəti və Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramının dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında mədəniyyətlərarası əməkdaşlığın gücləndirilməsi, bu istiqamətdə fikir mübadiləsi təşkil etmək və gənclərin şəbəkəsini yaratmaqdır.

Layihənin Ramada Plaza-Gəncə mehmanxanasında baş tutan rəsmi açılış mərasimində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev, Gəncə şəhər icra başçısının 1-ci müavini Mikayıl Zeynalov və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak etmişdirlər.

Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev açılış mərasimində çıxış edərək, tədbirin ölkəmiz və gənclərimiz üçün əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, təşkil edilən bu səpkidə beynəlxalq tədbirlər Gəncə şəhərinin 2016-cı ildə "Avropa Gənclər Paytaxtı" olması şansını daha da artıracaq.

Tədbir 18 may tarixində başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə