"Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal küləyilə əvəz olunacaq". SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova belə deyib. Onun sözlərinə görə, paytaxtda havanın temperaturunun gecə saatlarında 12-17 dərəcə, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Gürşad Məmmədova bildirib ki, bölgələrdə hava şəraiti gündüz əsasən yağmursuz olacaq, lakin gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var: "Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB