IDEA kampaniyasının ətraf mühit və incəsənət arasındakı harmoniyanı qoruyub saxlamaq məqsədilə təşkil etdiyi beynəlxalq "Yaşıl Qraffiti" festivalı 2013-cü ilin may ayının 12-də baş tutub. Festivalda Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə və Azərbaycandan olan gənclər iştirak ediblər. IDEA kampaniyasından SİA-ya verilən məlumata görə, festival iştirakçıları Bakı şəhərinin mərkəzi hissələrindən birində quraşdırılmış xüsusi stendlərdə müxtəlif rəsm əsərləri çəkərək ətraf mühit problemləri ilə bağlı öz mesajlarını çatdırıblar.
IDEA kampaniyası tərəfindən festivalın təşkil edilməsində əsas məqsəd qraffiti sənəti vasitəsilə ətraf mühitin qorunmasının vacibliyini xüsusi qeyd etmək və ictimaiyyətin diqqətinə çatdırmaq idi. Festival həmçinin gənc rəssamların fəaliyyətində yeni bir istiqamət yaratmaq üçün böyük imkanlar açıb.
Məlumat üçün bildirək ki, "Yaşıl Qraffiti" festivalında iştirak üçün 80-dən çox gənc müraciət edib və iştirakçı gənclərin seçimi aprel ayından başlanıb.
Qeyd edək ki, IDEA kampaniyası 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təsis olunub. IDEA kampaniyası yarandığı gündən insanları ətraf mühit problemləri barədə məlumatlandırmağa və bu sahədə onların aktiv iştirakına çalışır. Bu məqsədlə kampaniya müxtəlif layihələr həyata keçirməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB