Millət vəkili analarla görüşüb FOTOLAR

Millət vəkili analarla görüşüb FOTOLAR

Qənirə Paşayeva Türkiyədə Analar Günü münasibətilə təşkilən edilən tədbirə qatılıb

Baran və Cihan Beynəlxalq Təhsil-Mədəniyyət Federasiyaları tərəfindən təşkil edilmiş tədbirdə millət vəkili Qənirə Paşayeva, Türkiyənın tanınmış qadınları və dünyanın 71 ölkəsindən gəlmiş qadınlar iştirak ediblər.

Dünyanın 71 ölkəsindən gəlmiş qadınlarla, analarla bərabər tədbirdə iştirak etməkdən məmnuniyyət duyduğunu deyən millət vəkili Qənirə Paşayeva "Allah bütün anaları xoşbəxt etsin! Heç zaman ağlamasınlar, hər zaman üzləri gülsün! Heç bir uşaq da anasız qalmasın və anasız böyüməsin deyib!"Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçir deyən millət vəkili Qənirə Paşayeva qadınların, anaların dünyanın hər yerində rolunun və aktivliyinin artmasının vacib olduğunu xüsusi vurğulayıb. Qadınlar, analar sülhün, barışın, huzurun simvoludurlar. Qadınların dünyada bütün sahələrdə rolunun artması dünyanın gələcəyi üçün çox önəmlidir. Millət vəkili dünyanın 71 ölkəsindən gələn qadınların bu tədbirdə bu düşüncə ilə iştirak etdiklərini bildirərək onlar arasında əlaqələrin və əməkdaşlığın genişlənməsi baxımından da tədbiri vacib və əhəmiyyətli adlandırıb. Azərbaycanda Ermənistanın işğalçılıq siyasəti üzündən yüzminlərlə qadının, ananın 20 ildən artıqdır ki, öz evinə dönə bilməməsi kimi qğır bir faciə da daxil olmaqla dünyanın bir sıra bölgələrində baş verən savaşlar, gərginliklər nəticəsində milyonlarla ananın, qadının gözüyaşlı olmasına toxunan millət vəkili Qənirə Paşayeva bütün qadınlar milli kimliyindən, dinindən və harda yaşamasından asılı olmayaraq bu kimi hallara öz etiraz səsini ucaltmalı və dünyanın daha gözəl gələcəyi üçün daha fəal və aktiv olmalıdır deyib. Millət vəkili Türkiyənin bir sıra nüfuqlu televiziya kanallarına bu mövzu ilə bağlı müsahibələr də verib.

Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva dünyanın bir sıra ölkələrindən gəlmiş qadınlarla bərabər, qardaş Türkiyənin bir sıra tanınmış ictimai fəal qadınları Türkiyənin millət vəkili Hakan Şükün xanımı Beyda Şükür, İstanbul Böyükşəhər bələdiyyə başqanı Kadir Topbaşının xanımı Özleyiş Topbaş, iş adamı Aydın Doğanın xanımı Sema Doğan, Esin Demirören, modelyer Esra Kavurmacı, sənətçi Jale Parıltı və bir sıra tanınmış qadınlarla görüşüb və onlarla geniş fikir mübadiləsi aparıb. Onları Azərbaycana dəvət edən millət vəkili qadınlarımız arasında əlaqə və əməkdaşlığın daha da genişlənməsinin vacib və əhəmiyyətli olduğunu deyib. başqaları iştirak edirdi. Onlar dəvəti məmuniyyətlə qəbul ediblər və Azərbaycana gəlməkdən və görməkdən böyük məmuniyyət duyacaqlarını deyiblər. Millət vəkili Qənirə Paşayeva tədbirdə Antaliyadan olan və "Fədakar Ana" mükafatını alan Gülsüm Ana ilə görüşərək onunla geniş söhbət də edib. Gülsüm Ana bütün dünyada özünün böyül qəlbi, sevgisi və insanlığı ilə tanınan və sayğı duyulan bir xanımdır. Antaliyada düşdüyü avtomobil qəzasında yaddaşını itirən və islic olan bir rus gəncini evinə apararaq illərlə ona qulluq edən və ona "Umut" adını verən Antalyalı "Gülsüm Anne" olaraq tanınan Gülsüm Kabadayının hekayəsi bütün dünyada böyük əks səda doğurmuşdu. Millət vəkili Qənirə Paşayevanın Azərbaycana qonaq dəvət etdiyi Gülsüm Ana dəvəti böyük məmuniyyətlə qəbul edib və tədbirdə səsləndirdiyi fikrini bir daha deyib. "Heç bir evlad anasız böyüməsin. Heç bir ana da övladını itirməsin. İnşallah, Umudun da anası bir gün tapılar və onlar da birbirilərinə qovuşarlar".

Tədbirin sonunda Türkiyənin dəyərli sənətçisi Jale Parıltı geniş konsert proqramı ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə