"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının Bakı seçim turu keçirildi. Seçim turu "İrəli" İctimai Birliyi və "Xəzər" İntellektual Gənclər Klubunun təşkilatçılığı, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunub. SİA-nın məlumatına görə, seçim turunda Bakı və Sumqayıt Universitetlərinin tələbələrindən ibarət komandalar yarışıblar. "Xəzər" İntellektual Gənclər Klubundan verilən məlumata görə, sinxron olaraq təşkil olunmuş seçim turunda 100-dən çox komanda iştirak edib.
Keçirilmiş sinxron yarış nəticəsində 25 komanda "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatının finalına vəsiqə qazanıb.
Qeyd edək ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Tələbələrarası II Azərbaycan Çempionatı 26 mayda Bakıda təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB