“Mən Qarabağam!” layihəsinə start verildi

“Mən Qarabağam!” layihəsinə start verildi

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) gənclərin və ictimaiyyətin diqqətini cəlb edən müxtəlif layihələr həyata keçirir. Bu layihələrin bir istiqaməti də ermənilərin xalqımıza qarşı törətdiyi cinayət faktlarının ifşası və bu faktların gənclərə çatdırılmasından ibarətdir.

Ermənilərin törətdiyi ən böyük cinayətlərdən biri də tarixi Azərbaycan torpağı olan Qarabağın incisi Şuşa şəhərinin dağıdılması və əhalisinin didərgin salınmasıdır. SİA-nın məlumatına görə, bu münasibətlə YAP Gənclər Birliyi gənclərimizin təmsil olunduğu müxtəlif təşkilatların və ayrıca şəxslərin də dəstəyi ilə "Mən Qarabağam!" layihəsinə start verib. Bu layihənin ideya müəllifi Rəhim Davudov, koordinatoru isə Kamran Əliyevdir. Layihə çərçivəsində hazırlanmış və tarixi Azərbaycan torpaqlarının işğalı faktını əks etdirən, xarici vətəndaşların dilindən səsləndirilən videoparçalar nümayiş etdirilib və bu videoparçalar interntdə yayımlanıb.

http://www.youtube.com/watch?v=otK_yrBa_ZI&feature=youtu.be

https://www.youtube.com/watch?v=09f_gzVh9H4

Bu layihənin birinci videoçarxı Şuşaya həsr edilib. "Mən Şuşayam!" videoçarxında 20-dən artıq ölkədə çəkilmiş videolar nümayiş etdirilir.

Layihə çərçivəsində videoparçaların hazırlanması işi davam etdirilir. Toplanan videolar əsasında Şuşanın işğalını dünya ictimaiyyətinin diqqətinə çatdıran daha bir videoçarx hazırlanıb. http://www.youtube.com/watch?v=bNmASoK_iII&feature=youtu.be

Bu videçarxda yer alan videolar yenə də dünyanın müxtəlif ölkələrində lentə alınıb. Layihədə iştirak edən hər bir əcnəbi gənc bu layihənin məqsədi ilə bağlı geniş məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə