Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Arzu Rəhimov vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, o, mayın 18-i saat 09:00-da Xidmətin Aparatının inzibati binasında (Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva, 30) Zəngilan, Cəbrayıl, Qubadlı, Şuşa, Laçın, Xocalı və Kəlbəcər rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların mayın 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə