“Nağdsız ödə, nağd qazan" kampaniyasında 5 nəfər qalib gəldi

“Nağdsız ödə, nağd qazan" kampaniyasında 5 nəfər qalib gəldi

"AtaBank" ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" kampaniyası çərçivəsində bankın Nərimanov, Şirvan, Gəncə, Monolit filiallarından və Çinar şöbəsindən müxtəlif məbləğdə pul mükafatları qazanmış 5 nəfər qalib gəlib.

Ata Holdinqdən SİA-ya verilən məlumata görə, qaliblər "AtaBank" ASC-nin POS-terminalları vasitəsilə alış-veriş edib və 20 (iyirmi) manatlıq çeki banka təqdim edərək uduşlu kuponlar əldə ediblər. Kampaniyada yalnız "AtaBank" ASC müştəriləri yox, bütün plastk kart sahibləri iştirak edə bilər. Məhz bu səbəbdən də hər birinizə, alış-veriş üçün "AtaBank" ASC-nın POS-terminallarından istifadə etməyi məsləhət görürük.

Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar var. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank və https://twitter.com/ AtaBank səhifəsinə daxil olmaq olar.

"AtaBank" ASC-nınPos-terminal siyahısı:http://atabank.com/?sid=131

Bütün xəbərlər Facebook səhifəmizdə