Nəqliyyat Naziri Ziya Məmmədov may ayının 17-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək. SİA Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Göyçay, Ucar, Ağdaş, Kürdəmir, Ağsu, Zərdab, Qobustan, Şamaxı və Ağcabədi (Laçın) rayonlarından olan vətəndaşların nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 15 may 2013-cü il tarixində saat 09.00-dan 18.00-dək müvafiq olaraq Göyçay 13 saylı Yol İstismarı İdarəsi (Göyçay şəhəri, X.B.Natəvan küçəsi 10 - Göyçay körpüsünün yanı), Ağdaş 14 saylı Yol İstismarı İdarəsi (Ağdaş rayonu, Yuxarı Qəsil kəndi), Ucar 31 saylı Yol İstismarı İdarəsi (Ucar şəhəri, 29-cu məhəllə), Zərdab 32 Yol İstismarı İdarəsi (Zərdab rayonu, Əlvənd magistral yolunun 3-cü km), Ağcabədi 33 saylı Yol İstismarı İdarəsi (Ağcabədi rayonu, Hüsülü kəndi), Kürdəmir 30 saylı Yol İstismarı İdarəsi (Kürdəmir şəhəri, M.P.Vaqif küçəsi -13), Ağsu 12 saylı Yol İstismarı İdarəsi (Ağsu şəhəri, Meliorasiya qəsəbəsi), Şamaxı 9 saylı Yol İstismarı İdarəsi (Bakı-Qazax yolu, M.Ə.Sabir qəsəbəsi, Pirsaatçay hövzəsi) və Qobustan 8 saylı Yol İstismarı İdarəsində (Qobustan şəhəri, Xilmilli yolunun 1-ci km) aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB