"Excelsior Hotel Baku" hotelinin "Aura" Sağlamlıq Mərkəzində jurnalistlərin iştirakı ilə kallanetika dərsi keçirilib. Dərsi bu sahədə peşəkar məşqçi Nailə Canaşvili aparıb. SİA-ya verilən məlumata görə, otelin Əməliyyat şöbəsinin meneceri Kemal Diler bildirib ki, kallanetika -formaca sakit gimnastikadır: "Bu idman növü yüksək effektiv qüvvəyə malik olaraq, əzələlərin dartılmasına, çəkinin və bədən ölçülərinin azalmasına kömək edir. Orqanizmin immun sistemini fəallaşdırır. Bu, olduqca effektiv məşqlər proqramı olub, bədənlə şüur arasında ahəngdar balans yaratmağa kömək edir. Əla fiziki formaya sahib olmağa, konsentrasiyanı inkişaf etdirməyə və zədələrin qarşısını almağa imkan verir. Kallanetika bütün əzələlərin hərəkətini əhatə edən gimnastikadır ki, bu zaman şeypinq və aerobikada iştirak etməyən əzələlər də işə düşür. Kallanetika ilə hər yaşda və fiziki hazırlığın hər səviyyəsində olan xanımlar məşğul ola bilərlər. Fitnesin və mürəkkəb fəal rəqs növlərindən daha çox ciddi, sakit məşğələlərə üstünlük verənlər üçün daha çox yararlıdır".
"Aura" sağlamlıq mərkəzində kallanetika dərsi həftədə iki dəfə aparılır. "Aura" sağlamlıq mərkəzindən abonement əldə etməklə dərslərdə iştirak etmək mümkündür. Həftə içi qadınlar üçün səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxt ərzində fitnes mərkəzindən, açıq və qapalı hovuzdan, sauna, buxar və cakkuzidən, idman dərslərindən istifadə etmək üçün bir aylıq abunə qiyməti 260 AZN, 3 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti 1175 AZN təşkil edir. "Excelsior Hotel Baku" otelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.
Qeyd edək ki, "Excelsior Hotel Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB