"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, ara bir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimal olunur". SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova belə deyib. O bildirib ki, paytaxtda və yarımadada mülayim cənub-şərq küləyi əsəcək: "Havanın temperaturunun gecə saatlarında 12-17 dərəcə, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir".
Gürşad Məmmədova qeyd edib ki, bölgələrdə ayın 14-də hava şəraitinin nisbətən yağmurlu keçəcəyi gözlənilir: "Şimşək çaxacağı, qısa müddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacağı istisna olunmur. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB