"Muzey bu gün”

May ayının 18-də Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən kompleks tədbirlər planı hazırlanıb. Qurumdan SİA-ya verilən məlumata görə, onların sırasında mayın 17-də kütləvi informasiya nümayəndələri üçün keçiriləcək "Muzey bu gün" adlı mətbuat konfransı xüsusi yer tutur. Muzeyin müdiriyyəti, həmçinin şöbə və fond rəhbərləri muzeyin bugünkü durumu və fəaliyyəti ilə bağlı jurnalistlərin suallarına cavab verəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olan Milli Azərbaycan Tarixi Muzeyi respublikanın aparıcı muzeylərindən olaraq xalqımızın tarixi və mədəniyyətin təbliğində, vətən tarixinin qaranlıq qalan səhifələrinin araşdırılmasında xüsusi rol oyanyır.

Bütün xəbərlər Facebook səhifəmizdə