"AtaTexnologiya" MMC tələbələr arasında İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində yazılı inşa müsabiqəsini elan edir. Ata Holdinqdən SİA-ya verilən məlumata görə, müsabiqə mayın 15-dən iyunun 15-a qədər davam edəcək. İKT ideyaları daha maraqlı olan müsabiqə qalibləri "AtaTexnologiya" MMC-də təcrübə keçmək imkanı əldə edəcəklər. Bu aksiya İKT nailiyyətlərinin geniş yayılması və istedadlı gənclərə dəstək məqsədilə keçirilir.
"AtaTexnologiya" MMC-nin direktoru Mais Yusifov müsabiqənin əhəmiyyətindən danışıb. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il İnformasiya Kommunikasiya Texnologiyaları ili elan edilib: "Bunu nəzərə alaraq, şirkətimiz bununla ölkə İKT sektorunun inkişafına gənc mütəxəssislərin cəlb edilməsi üzrə öz töhfəsini vermək qərarına gəlib. Azərbaycan bazarına İKT-nin son nailiyyətlərini və texnologiyalarını tətbiq etməklə yanaşı, biz öz fəaliyyətimizlə yüksək ixtisaslı gənc kadrların hazırlanması problemini həll etməyə çalışırıq".
Müsabiqədə iştirak etmək arzusunda olan tələbələr öz İKT ilə bağlı inşalarını [email protected] elektron poçtuna göndərə bilər.
Qeyd edək ki, "AtaHolding" ASC-nin tərkib hissəsində fəaliyyət göstərən "AtaTexnologiya" MMC 2005-ci ilin may ayında yaradılıb. İnformasiya texnologiyaları sahəsində geniş xidmətlər spektri təqdim edən şirkət banklar, iri müəssisə və təşkilatlar üçün proqram təminatı məhsulları bazarında ixtisaslaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB