"Gürcüstanın dövlət gənclər siyasəti yeni mərhələdədir" - ATGT-dən SİA-ya verilən məlumata görə, bu sözləri Gürcüstanın yeni İdman və Gənclərlə iş üzrə naziri Levan Kipiani Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) qonaq olarkən deyib.
Gürcüstan rəsmisini ATGTİ-nin ofisi ilə tanış edən İttifaqın sədri Şahin İsmayilov, nazirə təşkilat haqqında məlumat verib. O qeyd edib ki, fəaliyyətinin 3 ili ərzində ATGTİ 414-dən çox layihə reallaşdırıb.
Görüşün davamında Levan Kipiani qeyd edib ki, bu onun nazir qismində ilk xarici səfəridir. Nazirin sözlərinə görə, ilk səfərinin məhz Azərbaycana olması isə Gürcüstanın regional əməkdaşlıqda Azərbaycana verdiyi önəmin göstəricisidir.
Daha sonra tərəflər Azərbaycan-Gürcüstan tələbə təşkilatları arasında yeni əməkdaşlıq perspektivlərini müzakirə edərək, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Nazir L. Kipiani deyib ki, Gürcüstan (başda Azərbaycan olmaqla) qonşu ölkələrin gənclər siyasəti modelini öyrənir.
Görüşün sonunda tərəflər gələcəkdə qarşılıqlı səfərlərin həyata keçirilməsi, ortaq layihələrin hazırlanması və digər istiqamətlərdə razılığa gəliblər.
Qeyd edək ki, ATGTİ ilə Gürcüstanın İdman və Gənclərlə iş üzrə nazirliyi arasında əlaqələrin inkişaf etdirilməsində bu ölkənin Azərbaycandakı səfirliyinin də mühüm rol oynayacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB