SAM-ın nümayəndəsi Honq-Konqda səfərdə olub
SAM-ın direktor müavini Gülşən Paşayeva Honq-Konqda səfərdə olub. SAM-dan SİA-ya verilən məlumata görə, səfər zamanı G.Paşayeva "Bir ölkə - iki sistem" Tədqiqat İnstitutunun icraçı direktoru Çonq Çi Konq, İnstitutun baş elmi işçiləri Dr. Tao Li və Çonq Vay Lam və elmi işçisi Jambon C.L. Çan ilə görüşüb.
SAM haqqında ətraflı məlumat verən G.Paşayeva, mərkəzin son nəşrlərini çin rəsmilərilə müzakirə edib. "Bir ölkə - iki sistem" Tədqiqat İnstitutunun əməkdaşları tədqiqat İnstitutunun tarixi, missiyası və tədqiqat istiqamətləri haqqında məruzə ediblər.
Maraqlı keçən müzakirədə gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB