Göyçay rayonunun 2 kəndində yeni inşa olunan məktəb binaları istifadəyə verilib. SİA-nın məlumatına görə, bu münasibətlə rayonun Şəkili və Ulaşlı-Şıxlı kəndlərində təşkil olunan mərasimdə çıxış edənlər bildiriblər ki, Təhsil Nazirliyinin sifarişi ilə hər il Göyçay rayonunda orta məktəblər üçün yeni binaların inşası və ya onların əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülür.
Müəllim və şagirdlərin istifadəsinə verilən 220 yerlik Ulaşlı-Şıxlı və 80 yerlik Şəkili kənd məktəbi istilik sistemi ilə təchiz edilib. Sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir səviyyədə qurulub. Hazırda isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə şahmat məktəbinin əsaslı təmiri və rayon icra hakimiyyətinin sifarişi ilə Göyçay şəhər 1 nömrəli uşaq bağçası üçün 40 yerlik yeni binanın inşası davam etdirilir.
Sonra yeni məktəb binalarının açılışını bildirən rəmzi qırmızı lent kəsilib, təhsil ocaqlarında yaradılan şəraitlə tanışlıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB