“İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilib

“İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Biznes" işçi qrupunun, "Karyera.biz" portalı ilə əməkdaşlığı çərçivəsində reallaşdırılan "Karyera Səyahəti" layihəsi davam edir. ATGTİ-dən SİA-ya verilən məlumata görə, "Biznes" işçi qrupunun rəhbəri Ürfan İsmayilov bildirib ki, layihənin növbəti (IV) mərhələsində tələbə - gənclər üçün ATGTİ-nin qərargahında "İnsan resurslarının (HR) idarə edilməsi" mövzusunda təlim keçirilib.

Təlimdə "Karyera.biz" portalının təsisçisi Namiq Məmmədov tələbə - gənclərə insan resurslarının inkişaf tarixini, kadrların idarəetmə sistemi ilə insan resurslarının idarəetmə sisteminin fərqini, insan resurslarının strateji funksiyalarını izah edərək, tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Qeyd edirik ki, növbəti həftə (layinənin V mərhələsində) tələbə - gənclər marketinq mövzusunu öyrənəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə