İsraildə yüzlərlə ultra-ortodoks kişi ilə liberal yəhudi qadınlar arasında toqquşmalar baş verib. Toqquşma ortodokslar Qüdsün qədim hissəsində, Qərb Divarı adlanan yerdə liberal qadın qruplarının ibadət etməsinə mane olmaq istəyərkən baş verib. Dəmir baryerlər quran polis liberal qadın qruplarının tərəfini saxlayıb.
Toqquşma İsrail məhkəməsinin qadınların Qüdsün Qərb Divarında ibadət etməsinə icazə verməsindən sonraya təsadüf edib. Ortodoks yəhudilər isə burada yalnız kişilərin ibadət etməli olduğunu hesab edirlər. İsrail polisi liberal qadınlardan üçünü ortodoksların əlindən alıb, ultra-ortodoks etirazçılardan da 3 nəfəri həbs edib.
Qeyd edək ki, ötən ay Qüds məhkəməsi polisə qadınları həbs etməməyə dair göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB