Bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Mayın 13-dək Respublika ərazisində temperatur rejiminin 2-3 dərəcə yüksələcəyi gözlənilir. Eyni zamanda arabir gözlənilən yağıntılar torpağın nəmliliyini artıracaq ki, bu da cücərməkdə olan çiyidin və qarğıdalının inkişafına nisbətən müsbət təsir göstərəcək, qışlaqlarda ot örtüyünün böyüməsini sürətləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB