Xaricdə Təhsil üzrə I Ümumrespublika IDP Kuboku” müsabiqəsi keçirilir
Xaricdə Təhsil üzrə "IDP Azerbaijan" xaricdə təhsil təşkilatı tərəfindən müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan "Xaricdə Təhsil üzrə I Ümumrespublika IDP Kuboku" müsabiqəsi keçirilir. SİA-nın verdiyi xəbərə görə, kubok uğrunda 198 gənc ambisiyalı namizəd mübarizə aparır.
Tədbirin açılışı zamanı bildirilib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana həm sovet dövründə, həm də müstəqillik illərində rəhbərlik etdiyi dövrlərdə Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə böyük diqqət ayırıb. Belə ki, Ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra xaricdə təhsil prosesində, sözün əsl mənasında, dirçəlişin əsası qoyulub. 1969-1970-ci dərs ilində respublikadan kənara nəzərdə tutulan 60 nəfərdən 47 nəfəri təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olub və sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam etdirilib. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, Ulu öndərimiz Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bu göstərici 1976-cı ildə 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 97,6%-ə çatıb.
Müxtəlif proqramlar üzrə xaricdə təhsil imkanları barəsində gənclərin maarifləndirilməsi, eyni zamanda istedadlı və perspektivli gənclərin üzə çıxarılmasından ibarət olan müsabiqə Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir.
Qeyd edək ki, müsabiqənin mükafat fondu 10 000 AZN təşkil edir. Ümumilikdə 10 mükafatdan ibarət olan müsabiqənin 1 nəfər qalibi təşkilatçılar tərəfindən Böyük Britaniyaya İngilis dilinin təkmilləşdirilməsi kursuna göndəriləcək. Qalibin kurs ilə yanaşı, aviabilet, viza xərcləri də IDP Azerbaijan tərəfindən qarşılanacaq. Mükafatlar arasında GRBS-də İngilis dili kurslarında iştirak üçün vouçerlər, güzəştlər, IELTS testinə hazırlıq və rəsmi IELTS testində iştirak vouçerləri yer alıb. Bu mükafatlar ilə yanaşı müsabiqənin 10 qalibinə müxtəlif pul mükafatları da təqdim edilib.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB