Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi (GB) mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi növbəti silsilə layihələrini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edib.
Ulu Öndərin 90 illiyinə həsr edilmiş növbəti tədbir, Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə təşkil olunmuş YAP-ın Gənclər Birlikləri arasında Bakı şəhəri üzər keçirilən şahmat turniridir.
Turnir iki mərhələdən ibarət olub. Birinci mərhələdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üzvləri, ikinci mərhələdə isə Uşaq və Gənc Peşəkar şahmatçılar iştirak edib. Yeddi tur davam edən mübarizənin sonunda qaliblər müəyyən olunub. Nəticələrə əsasən Xəzər, Yasamal və Nərimanov rayon gəncləri müvafiq olaraq I, II və III yeri tutub.
Uşaq və gənclər arasında da qaliblər müəyyənləşib- Nurlan Şabanov, Nərmin Xələfova, Rüstəm Bünyatov müvafiq olaraq I, II və III yeri tutub.
Qaliblər Ulu Öndər Heydər Əliyevin döğum günündə mükafatlandırılıb. Mükafatlandırma mərasimində Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Millət vəkili Şəmsəddin Hacıyev, Milli Məclisin Komitə sədri Eldar İbrahimov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak edib.
Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB