Astarada 9 may Qələbə günü qeyd olunub FOTOLAR

Astarada 9 may Qələbə günü qeyd olunub FOTOLAR

1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzindəki "Qəhrəmanlar bağı"na gələrək Sovet İttifaqı Qəhrəmanları Ziya Bünaydovun, Mirzə Cəbiyevin, İlya Koverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, Sosialist Əməyi Qəhrəmanı Böyükxanım Əliyevanın, üç "Şöhrət" ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun büstləri, M.Cəbiyev və İ.Kaverinin məzarları önünə, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş astaralı şəhidlərin xatirə lövhəsinin qarşısına əklil və gül dəstələri qoyublar. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, ziyarət başa çatdıqdan sonra müharibə veteranları şirniyyat stolu dəvət olunublar.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə veteranları təbrik edib, onlara ən xoş arzularını bildirib.

Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, müharibə veteranı Məmmədşah Məcidov, rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev və başqaları çıxış edərək müharibə iştirakçılarına göstərilən dövlət qayğısına görə Azəbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə