Kijəbə qəsəbəsində Heydər Əliyev parkının və abidəsinin açılışı olub FOTOLAR
Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar da daim hörmət və ehtiram bəsləyirlər. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsində ümummilli lider Heydər Əliyevin adına salınmış mədəniyyət və istirahət parkının və Ulu Öndərin abidəsinin açılışı olub. Yüzlərlə qəsəbə sakini və rayon ictimaiyyətinin toplaşdığı tədbirdə qəsəbə sakini ağsaqqal Nəsrəddin Teymurov, Əminə Həsənova, Əməkdar müəllim Azər Kişiyev çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini söyləyiblər. Qeyd olunub ki, Azərbaycanda hakimiyyəti illərində Heydər Əliyev 11 dəfə Astarada, o cümlədən 8 dəfə Kijəbə qəsəbəsində olub, əməkçilərlə səmimi görüşlər keçirib, qəsəbə əhalisinin rifah halının yaxşılaşması üçün böyük işlər görüb. Ulu öndərin siyasi varisi, ölkə prezidenti möhtərəm cənab İlham Əliyev keçən ilin mart ayında Astaraya səfəri zamanı bu ənənəyə sadiq qalaraq Kijəbə qəsəbəsində Bayraq meydanı, Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran avtomobil yolunun açılışında iştirak edib, qəsəbə sakinləri ilə görüşüb. Bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə dərin təşəkkür və minnətdarlıq ifadə olunub.
Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında qeyd edib ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların yaşadıqları və fəaliyyət göstərdikləri bütün ölkələrdə ümummilli liderimiz Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Keçirilən bütün tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbətlər açılır, xatirəsi əziz tutulur. Rayonumuzda da xalqımız üçün əziz olan bu tarixi günlə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Bu gün də sizinlə birgə qəsəbənizdə Ulu Öndərin adına salınmış gözəl istirahət parkının və əzəmətli abidənin açılışında iştirak etməklə Heydər Əliyev şəxsiyyətinə olan böyük məhəbbətimizi bir daha ifadə etmiş oluruq.
Ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq qalan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını bu gün müvəffəqiyyətlə həyata keçirir. Ölkəmiz gündən-günə inkişaf edir, çiçəklənir, tərəqqi yolunda inamla irəliləyir. İnanıram ki, siz də həmişə olduğu kimi bundan sonra da ölkə rəhbəri ətrafında sıx birləşəcək, bu inkişafa öz töhfənizi verəcəksiniz.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB