Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü Buxarestdə qeyd olunub

Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü Buxarestdə qeyd olunub

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar Rumıniyanın paytaxtı Buxarest şəhərində anım tədbiri keçirilib. Mərasim iştirakçıları ilk öncə Buxarestdəki Tey Parkı - Heydər Əliyev Xiyabanına toplaşıblar. Azərbaycanın Rumıniyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq Fond, ARDNŞ-in Rumıniyadakı nümayəndəliyi və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, türk-tatar icmasının üzvləri, Heydər Əliyev təqaüdçüləri, eləcə də Azərbaycansevər rumınlar iştirak ediblər. Mərasim iştirakçıları ilk öncə Ulu öndərin xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.

Tədbirdə çıxış edən AR Rumıniyadakı Səfirliyinin nümayəndəsi, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi uğurla davam etdirilir. Tədbirdə həmçinin, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilib, eyni zamanda bu siyasətin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.

Daha sonra tədbirdə Heydər Əliyev Fondunun Rumıniyadakı Nümayəndəliyin direktoru çıxış edib. O, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının yetişdirdiyi dahi siyasi şəxsiyyət olduğunu, hələ SSRİ dövründən ölkəmizə rəhbərliyi zamanı öz uzaqgörənliyi ilə doğma vətəni və xalqının rifahı üçün misilsiz xidmətlər göstərdiyini bildirib.

O, bu gün Rumıniyada həyata keçirdiyi mədəni-humanitar layihələr vasitəsilə Heydər Əliyev Fondunun Azərbaycan xalqının nəcib və xeyirxah simasını nümayiş etdirdiyini vurğulayıb.

Qeyd edək ki, çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli liderin büstünün önünə əklillər və tər çiçəklər qoyub, Ulu öndərin əziz xatirəsinə yüksək hörmət və ehtiram ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə