Aztəminatlı ailələrə yardım göstərildi FOTOLAR

Tədbir Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilib
Aztəminatlı ailələrə yardım göstərildi FOTOLAR

10 may 2013-cü il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı rayonun aztəminatlı ailələri ilə görüş keçirilib. SİA-nın verdiyi xəbərə göeə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin öz müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olunduğunu qeyd edib. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlı olacağını vurğulayıb. Görüşdə iştirak edən hər kəsi bu möhtəşəm gün münasibəti ilə təbrik edərək, ulu öndər Heydər Əliyevin fikirlərinin, arzularının gənc nəslə çatdırılmasında hər bir ailənin rolu olduğunu bildirərək, bu yolda hamıya uğurlar arzulayıb. Hər bayramda olduğu kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan "Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu" tərəfindən rayonunun aztəminatlı ailələrə ərzaq payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi qeyd edib.

Daha sonra görüş iştirakçıları adından çıxış edənlər şəhid ailəsi Esmira Rüstəmova, II qrup Qarabağ əlili Sahib Hüseynov və Qaradağ rayonunda məskunlaşan Laçın rayonundan məcburi köçkün İslam Məmmədov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 3800 aztəminatlı ailəyə o cümlədən məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə ümumi həcmi 30,4 ton olan ərzaq yardımı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə