Şirvanda bayram şənlikləri başlayıb

Şirvanda bayram şənlikləri başlayıb

Şirvanda Ulu Öndərin abidəsi ziyarət olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubleyi münasibəti ilə Şirvan şəhərində bayram tədbirlərinə başlanılıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı kollektiv nümayəndələri, sadə vətəndaşlar Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydana gələrək abidəni ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.

Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyi ilə əlaqədar olaraq Şirvan şəhərində bu gün Gül Bayramı da təşkil olunacaq. Axşam saatlarında başlanacaq bayram tədbirinə respublikamızın tanınmış sənətçiləri qatılacaq. Bayram konserti gecə saatlarına qədər davam edəcək.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə