"Azərbaycanda sovet dövründə vətəndaşlar üçün tikilən binalar dövlət komissiyası tərəfindən təsdiq olunaraq vətəndaşların istifadəsinə verilib. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.
Onun sözlərinə görə, həmin vətəndaşlara order də verilib: "İndi məcburi köçkünlər tikilən yeni binalara köçürüləndən sonra onların əvvəl yaşadıqları binalar müayinə olunmalı və statusuna uyğun olaraq sahiblərinə verilməlidir".
A.Şərifov qeyd edib ki, indi bəzi obyektlər artıq özəlləşib: "Bunun günah onlarda deyil, onlara komissiya tərəfindən order verənlərdədir. Amma bu məsələlərə də baxılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB