Nazir: “Tarif Şurasının qərarı gələn ilə qaldı”

Nazir: “Tarif Şurasının qərarı gələn ilə qaldı”

"Ölkədə avtobus sərnişin nəqliyyatında qiymətlərlə bağlı Tarif Şurasına müraciət olunub". SİA-nın verdiyi xəbərə görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Z.Məmmədovun sözlərinə görə, bununla bağlı qərar gələn ilin əvvəlidə veriləcək: "Buna səbəb Bakıda 60-a yaxın şirkəti sərnişin daşınması ilə məşğul olmasıdır. Ancaq reallıq budur ki, indiki qiymətlər sərnişindaşımanın maya dəyərindən çox aşağıdır. Bununla bağlı Tarif Şurasına müraciət etmişik. Qərarı Tarif Şurası özü verəcək".

Nazir şəhərkənarı avtobuslarda qiymətlərin aşağı salınması, amma buna əməl olunmaması ilə bağlı Tarif Şurasının qərarına da münasibət bildirib: "Belə bir şey yoxdur. Avtobusların köhnə qaydada işləmələri barədə deyilənlər əsassızdır. Yoxlamalar aparmışıq. Bəzi mətbuat orqanları bununla bağlı qeyri-obyektiv məlumat yayır"...

Bütün xəbərlər Facebook səhifəmizdə