Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev dünən Xaçmaz rayonun Xudat şəhərində etiraz aksiyasının keçirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Ş.Xanbabayev SİA-ya açıqlamasında bildirib ki, Xudat şəhərində etiraz aksiyasının keçirilməsi ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil.
"Xudatda baş verən hadisə iki maşının toqquşmasından və sürücülər arasında yaranmış mübahisədən irəli gəlib. Bu, adi yol qəzası olub və sürücülər arasında anlaşılmazlıq yaranıb. Dövlət Sərhəd Xidmətinin Xudat dəstəsinin rəisi ilə bağlı yayılan məlumatlar da doğru deyil. İki maşın toqquşub və sonda bir-biri ilə dil taparaq ayrılıblar", - deyə icra başçısı bildirib.
Ş.Xanbabayev bildirib ki, sadəcə qəzanın baş verdiyi yerdə çoxlu sayda adam olub: "Bu məsələ müəyyən qüvvələr tərəfindən süni şəkildə şişirdilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB