Tarixi Heydər Əliyev kimi şəxsiyyətlər yazır

Tarixi Heydər Əliyev kimi şəxsiyyətlər yazır

Tarixi şəxsiyyətlər yazır. Bu artıq danılmaz, isbata ehtiyacı olmayan faktdır. Belə şəxsiyyətlərdən biri də xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir. Onun yaratdığı Azərbaycan açıq-gizli düşmənlərin manesinə baxmayaraq ildırım sürətilə dünya dövlətləri sırasına daxil olub özünə layiqli yer tutdu. Bu dahi siyasərçinin, böyük şəxsiyyətin rəhbərlik etdiyi dövr qızıl hərflərlə yazıldı. Yazdığı tarix kimi onun adı da dünyanın görkəmli şəxsiyyətlərinin sıralarına qızıl hərflərlə həkk olundu. Bu gün təkcə respublikamızda deyil, əksər dünya ölkələrində anadan olmasının 90 illiyi qeyd edilən Ulu Öndərin titanik fəaliyyətinə qısaca nəzər saldıqda hər şey aydın görünür.Fəaliyyətində bəzi məqamlara diqqət yetirmək kifayətdir ki, Azərbaycanın bu dahi oğlunun nə qədər böyük şəxsiyyət olduğunu görə biləsən...

Heydər Əliyev BÖYÜK DÖVLƏT XADİMİ idi. Əgər O, Azərbaycana birinci hakimiyyəti dövründə ölkəni xammal əlavəsi bir respublikadan güclü aqrar-sənaye respublikaya çevirmişdisə, müstəqillik qazanmış bir ölkənin ən ağır dövründə xalqın təkidli tələbilə hakimiyyətə qayıdıb dövləti xaosdan, anarxiyadan, yox olmaq təhlükəsindən qurtardı..

Heydər Əliyev BÖYÜK STRATEQ idi. Dünya güclərinin təzyiqinə baxmayaraq "ƏSRİN MÜQAVİLƏSİ"ni imzalamaqla ölkəni iqtisadi asılılıqdan qurtardı. Ölkəyə möhkəm dayaqlar qazandırdı. MDB dövlətləri arasında ilkin olaraq radikal torpaq islahatlara getdi. Ölkəni aclıq və səfalətdən qurtardı...

Heydər Əliyev BÖYÜK DEMOKRAT idi. Ölkədə müharibənin qurtarmadığı bir vaxtda mətbuat üzərində senzuranı ləğv etdi. İstənilən fiziki şəxs qəzet, jurnal, radio və televiziya aça bilərdi. Istənilən şəxs KİV-də istənilən məmuru yol verdiyi nöqsanlara görə tənqid edə bilərdi...

Heydər Əliyev BÖYÜK HUMANİST idi. Ölkədə ölüm hökmünü ləğv etdi. Bununla Allahın yaratdığı İNSANı onun ən böyük səhvi olsa belə, digər bir insanın bu həyata son qoymağa haqqı olmadığını göstərdi.

Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLI idi. Azərbaycanda yaşayan hər kəs onun doğması, əzizi idi. O, böyük Tolerant idi. Onunçün xalqlar, millətlər arasında heç bir fərq yox idi. Ona görə də ÜMUMMİLLİ LİDER BÖYÜK AZƏRBAYCANLI idi. O, fəxr edirdi ki, BÖYÜK AZƏRBAYCANLIdır! "MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM, İNDİ DƏ FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM!"

Bu sözlərdən artıq nəsə demək çətindir. Hamımıza bir fəxr etmək qalır ki, bizim belə müdrik, uzaqgörən,bir sözlə dahi rəbərimiz olubdur. Ulu Öndərin 90 illik yubileyi günlərində xalqımızın dahi oğlu Heydər Əliyev siyasi kursunun varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevə bildirmək istəyirik ki, hamımız bir nəfər kimi bu böyük şəxsiyyət qarşısında baş əyirik. Əmin etmək istəyirik ki,Ölməz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi SİZin arxanızda möhkəm dayanmışıq, növbəti prezident seçkilərində yalnız Sizin yanınızda olacağıq!

"YAŞIL ÇAY" k/f təsərrüfatının və eyni adlı jurnalın Kollektivi adından: Araz YAĞUBOV,

Lənkəran rayonu

Bütün xəbərlər Facebook səhifəmizdə