Mayın 9-da Lənkəran şəhərində faşizm üzərində qələbənin 68-ci ildönümü təntənə ilə qeyd edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoyublar. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə,sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önündə ümumrayon tədbiri keçirilib. Mərasim zamanı İcra başçısı Taleh Qaraşov müharibə veteranları ilə səmimi görüşüb, onları bayram münasibətilə təbrik edib və qəhrəmanın abidəsi önünə gül dəstələri qoyub. İkinci Dünya Müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Məktəblilərin ifasında Vətəni, qəhrəmanlığı, Ulu Öndəri tərənnüm edən şeirlər səslənib.
Sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və digər rəsmilər Həzi Aslanovun ata ocağı Gərmətük qəsəbəsinə gələrək, qəsəbədə yenidən qurulmuş Böyük Vətən mühаribəsi abidə kompleksini, rəşadətli sərkərdənin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar. Məktəblilər qəhrəmanlıq, ana, vətən mövzusunda şeirlər söyləyiblər.
Daha sonra İcra başçısı qonaqlarla birlikdə Həzi Aslanovun Lənkərandakı ev-muzeyinə baş çəkib qəhrəmanın həyat və döyüş yolunu əks etdirən ekspozisiyalarla tanış olub.
Bayram şənliyi şəhərdəki Veteranlar klubunda ziyafət stolu arxasında davam etdirilib.
İcra başçısı Taleh Qaraşov bayram sevincini veteranlarla bölüşərək Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra veteranlara göstərilən yüksək dövlət qayğısından danışıb, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən söz açıb, tədbir iştirakçılarına, onların timsalında bütün müharibə veteranlarına ən xoş arzularını çatdırıb.
Rayon Veteranlar Şurasının sədri Musarza Əzimov, rayon Ağsaqqallar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının üzvü Kamal Kələntərli və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova dərin minnətdarlıqlarını bildiriblər.
Sonda İcra başçısı veteranlarla birlikdə xatirə şəkli çəkdirib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB