Şəmkirdə 9 May Qələbə günü qeyd olunub FOTO

Şəmkirdə 9 May Qələbə günü qeyd olunub FOTO

Mayın 9-da alman faşizmi üzərində qələbənin 68-ci ili tamam olması münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir şöbəsinin birgə təşəbbüsü ilə Şəmkir rayonunda geniş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Taryel Məmmədov, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə, Mədəniyyət və Hümanitar məsələlər üzrə müavini, YAP Şəkmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir şöbəsinin rəisi Həsrət İsmayılov, rayon idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Taryel Məmmədov qeyd edib ki, bu gün alman faşizmi üzərində tarixi qələbədən 68 il keçir. Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir: "Bəşər tarixinin ən dəhşətli müharibəsində qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr verib. Bu qanlı müharibədə Azərbaycan xalqı 640 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə, ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib".

Sonra çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə, Mədəniyyət və Hümanitar məsələlər üzrə müavini, YAP Şəkmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub:" Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 78-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar. Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsiz olub".

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir şöbəsinin rəisi Həsrət İsmayılov qeyd edib ki, ikinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi:"Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq".

Tədbirdə çıxış edən 1941-1945-ci il müharibəsində iştirak etmiş Veteranlar qeyd ediblər ki, XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətta bütün bəşəriyyəti təhlükə altına aldı. İkinci vətən müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.

Natiqlər bildirdilər ki, qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri olub. Unutmayaq ki, bizim ən böyük qələbəmiz Qarabağdadır!

Bütün xəbərlər Facebook səhifəmizdə