Sabah günün birinci yarısında yağış yağacaq

Sabah günün birinci yarısında yağış yağacaq

"May ayının 10-da və 11-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin ayın 10-da günün birinci yarısında Abşeron yarımadasının bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimal olunur". Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova SİA-ya açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında mülayim cənub küləyi üstünlük təşkil edəcək: "Havanın temperaturu paytaxtda yaxın iki gün ərzində günorta saatlarında 19-24 dərəcə isti olacaq".

Gürşad Məmmədova bildirib ki, bölgələrdə ayın 10-da və 11-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək: "Mərkəzi aran rayonlarında 23-27 dərəcə, dağlarda isə 15-20 dərəcə isti müşahidə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə