Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" Ümummillli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə, Vaqif Mustafayevin Ulu Öndər haqqında çəkdiyi "Heydər Əliyev - Əsl Məhəbbət Haqqında" filmini təqdim edəcək. Film may ayının 10-da "28 Cinema" kinoteatrında nümayiş olunacaq. SİA-nın məlumatına görə, "Heydər Əliyev - Əsl Məhəbbət Haqqında" filmi, prezidentin həyat yoldaşı oftalmoloq, alim Zərifə Əliyeva haqqındadır. Filmdə Heydər Əliyev öz xatirələrini danışır. Film Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmlər silsiləsinin VI hissəsidir.
Qeyd edək ki, nümayiş olunacaq "Heydər Əliyev - Əsl Məhəbbət Haqqında" filmi müxtəlif dillərə tərcümə olunub və dünyanın bir çox ölkələrində və beynəlxalq festivallarda iştirak edib. Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda isə əsas mükafata layiq görülüb.
"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və "3D Xpand" texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB