Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) "Avropa günü" adlı tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd ölkəmizin Avropaya inteqrasiyasının önəmi, üstünlükləri və müsbət cəhətlərini diqqətə çatdırmaqdan ibarətdir.
Tədbirdə çıxış edən AGAT-ın sədri Gülsel Səfərova universal dəyərlərin ölkəmiz üçün vacibliyini qeyd edib. BMT, Ruminiya, Fransa, Türkiyə, Polşa səfirliklərinin nümayəndələri və QHT sədrləri də iştirak etdiyi tədbir çərçivəsində Avropa fotoqraflarının sərgisi də nümayiş olunub.
Qeyd edək ki, 9 may Avropada "Avropa günü" kimi qeyd olunur. Həmin gün sülh və həmrəylik kimi bəşəri dəyərlərin təbliğinə diqqətin daha da artırılması istiqamətində fəaliyyətlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB