“Düzgün ixtisas seçimində valideynin rolu”

“Düzgün ixtisas seçimində valideynin rolu”

Mayın 8-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH-nin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsi Lənkəran rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə "Düzgün ixtisas seçimində valideynin rolu" mövzusunda təlim xarakterli seminar keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, seminarda rayonun müxtəlif məktəblərinin 11-ci sinif şagirdləri, valideynlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov açaraq seminarın əhəmiyyətindən danışıb, gənclərin ixtisas seçimində daha diqqətli olmalarını, bu işdə valideynlərin də onlara düzgün istiqamət vermələrini tövsiyyə edib.

Seminarda "American Academi" MMC-nin nümayəndəsi Elnur Tağıyev çıxış edərək bir çox ixtisas seçimi ilə bağlı gəncləri təlimatlandırıb, onları xarakterlərinə və həvəs göstərdikləri, gələcəkdə perspektiv vəd edən ixtisaslara üstünlük vermələrini arzu edib.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir "American Academi" MMC-nin layihəsi əsasında həyata keçirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə